İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı

12:09 - 31 Mart 2020 - DÜNYA

İsraildə COVID-19 pandemiyasından ölənlərin sayı 18 nəfərə çatıb, 4 831 şəxs virusa yoluxub.

Ynetnews.com xəbər verir ki, ötən gün vəfat edən iki nəfər koronavirus xəstəsi İsrailin “Tel-a-Şomer” kliniki mərkəzində müalicə alırdı. İsrail Səhiyyə Nazirliyinin son məlumatına əsasən, hazırda 83 xəstənin vəziyyəti ağırdır. Sağalan 163 nəfər isə evə buraxılıb.

Rəsmilər virusa yoluxanların əksəriyyətinin ultraortodoksal icmaların üzvləri olduğunu elan edəndən sonra İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları sinaqoqlarda və ultraortodoksalların yaşadıqları məhəllələrdə reydlər keçirib.

Təhlükəsizlik qaydalarını pozan üç nəfər saxlanılıb.///oxu.az

Xəbər xətti