Millimizin sabiq futbolçusu Moldova klubunda - RƏSMİ

16:17 - 28 Mart 2020 - İDMAN

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev Moldovanın "Dinamo-Avto" klubuna keçib.


Bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ukrayna vətəndaşlığı da olan D.Nağıyevin son klubu Litva "Stumbras"ı olub. Futbolçu 2018-ci ildə "Sumqayıt"ın formasını geyinib. "Dinamo-Avto"da daha əvvəl "Bakı" klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib./report

Xəbər xətti