Oğuzda qəza oldu, xəsarət alanlar var

14:26 - 27 Mart 2020 - HADİSƏ

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Hadisə günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki yolunun rayonun Bucaq kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, "Changan" və "UAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər şəxs isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti