Protein tozlarının tərkibində təhlükəli metallar var

07:25 - 23 May 2025 - DİGƏR

Alimlər məşhur protein tozlarının tərkibində təhlükəli metalların olduğunu müəyyən ediblər.
Onların tərkibində təhlükəli metallar ola bilər. 

Ucnoqta.az xəbər verir ki, bu sensasion məlumatı CNN kanalı xüsusi olaraq bu faktı üzə çıxarmaq üçün aparılan laboratoriya testlərindən sonra üzə çıxarıb.

Məlumatları araşdırdıqdan sonra mütəxəssislər müəyyən ediblər ki, ağır metalların, xüsusilə kadmium və qurğuşunun ən yüksək miqdarı bitki mənşəli protein tozlarında və şokolad ətirli məhsullarda aşkar edilib. Şokolad əlavələrində qurğuşun miqdarı normadan 4 dəfə, kadmium isə vanil ətirli məhsullardan 110 dəfə çoxdur.

Məlum olduğu kimi, qurğuşun həddindən artıq zəhərli maddədir, istənilən miqdarda sağlamlıq üçün təhlükəlidir. Amma kadmium xərçəngə səbəb olmaqla yanaşı, ürəyə, böyrəklərə, beyinə və digər insan orqanlarına da mənfi təsir göstərir.

Tədqiqatın icraçı direktoru Jacqueline Bowen-in sözlərinə görə, üzvi protein tozları qeyri-üzvi olanlardan orta hesabla üç dəfə çox qurğuşun və iki dəfə çox kadmium ehtiva edir. Bununla belə, tədqiqatçılar bildiriblər ki, noxud əsaslı tozların ən təhlükəsizi olduğu müəyyən edilib.

Nəticə etibarı ilə sağlamlığına nəzarət edən hər bir şəxs istehlak etdiyi məhsulların təkcə qida dəyərinə deyil, həm də təhlükəsizliyinə diqqət yetirməlidir. Bu kimi araşdırmalar bizə ən son trendlərdən xəbərdar olmağa və sağlam və fit qalmaq üçün ən yaxşı variantları seçməyə kömək edir.

Xəbər xətti