Hindistanda güclü yağışlar nəticəsində azı 45 nəfər həlak olub

11:03 - 23 May 2025 - DÜNYA

Hindistanın şimalındakı Uttar Pradeş ştatının 13 rayonunda güclü külək, dolu və ildırım çaxması nəticəsində azı 45 nəfər həlak olub.

Ucnoqta.az-ın məlumatına görə, “The Times of India” yağışların kənd ərazilərinə və kənd təsərrüfatı infrastrukturuna böyük ziyan vurduğunu yazır. Uttar Pradeş rəsmiləri zərərçəkənlərə maliyyə yardımı elan ediblər.

Hindistan "Met Office"in məlumatına görə, həftənin sonuna qədər Hindistanın şimalında və digər bölgələrində güclü yağışlar gözlənilir. Şiddətli yağış və saatda 60 km-ə çatan küləklə əlaqədar qərbdəki Maharaştra əyalətinin bir sıra rayonları üçün qırmızı və narıncı hava xəbərdarlığı edilib.

Xəbər xətti