Hikmət Hacıyev Aİ rəsmisi ilə müzakirə aparıb

23:00 - 22 May 2025 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Baş katibi Belen Martinez Karbonell ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Martinez Karbonell "X" hesabında bildirib.

O, Hikmət Hacıyevi Avropa Xarici Fəaliyyət Xidmətində salamlamaqdan məmnun olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər Azərbaycanla Ermənistan arasında normallaşma prosesini də müzakirə edib:

“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, - o bildirib.


Xəbər xətti