Əməkdar jurnalist, "Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı anasıyla bağlı duyğusal paylaşım edib
Ucnoqta.az xəbər verir ki, o, anasının vəfatından 40 gün keçdiyini bildirib:
"Anacan, sənsizliyimin 40 günü sabah tamam olur. Sabah yenə də qonaqların gələcək. Onlara sənin yoxluğunu göstərməmək üçün əlimdən gələni edəcəm. Amma nə etsəm də mən Sən ola bilməyəcəyəm. Gözəl anam, sənsiz 40 gün 40 ilə bərabər oldu… Atam sənsizliyə dözə bilmir. Hər günümüz, hər anımız səninlə bağlıdır. Uşaqlıqdan sənsizliyi düşünəndə dəli olurdum, elə bilirdim ki, Sən olmasan ölərəm! Amma… Mən sənsiz ölmədim məni bağışla… ".
Qeyd edək ki, X. Hidayətqızının anası Ofeliya xanımın vəfatından 40 gün keçir. Mərasim sabah kişilər və qadınlar üçün saat 11-də Heydər Məscidində olacaq.