Azərbaycanda iki beynəlxalq şahmat turniri təxirə salındı

15:35 - 26 Mart 2020 - İDMAN

Azərbaycanda keçirilməli olan iki beynəlxalq şahmat turniri təxirə salınıb.

Mayın əvvəllərində Naxçıvanda keçirilməsi nəzərdə tutulan “Nakhcivan Open” və 20-31 may tarixlərində Şəmkirdə baş tutmalı olan “ShamkirChess” turnirləri koronavirus səbəbindən təxirə salınıb.

Ənənəvi olaraq, dünya çempionu Maqnus Karlsenin və digər məşhur qrossmeysterlərin mübarizə apardığı Vüqar Həşimovun xatirəsinə həsr edilən Şəmkir turnirində beş şahmatçının iştirakı üçün razılıq da alınmışdı. Bunlardan ikisi Rusiya şahmatçıları idi.

Qeyd edək ki, daha əvvəl martın ortalarında başlamalı olan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı təxirə salınmışdı.///oxu.az

Xəbər xətti