Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub.
Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Yerli sakin, 1991-ci il təvəllüdlü Asim Qurbanovu elektrik cərəyanı vurub. O, xəstəxanaya aparılıb. A.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.///report