Azərbaycalı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.
Bu barədə tanınmış qrossmeyster şəxsi "İnstagram" səhifəsində məlumat paylaşıb.
33 yaşlı şahmatçı artıq 8 gündür karantində olduğunu bildirib.
Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib./report