UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.
"Ucnoqta.az" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq.
Qərara əsasən, ÇL və AL-in matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək.
Avrokuboklar əvvəlcdən müəyyən olunmuş vaxtdan gec qurtaracağı üçün bu yay keçirilməli olan Amerika Kuboku da təxirə salınıb. UEFA bunu sözügedən turnirdə iştirak edən yığmaların üzvlərinin Avropa klublarında oynaması ilə əlaqələndirib./report