Fransada daha bir futbolçu koronavirus pandemiyasına yoluxub.
"Report"un məlumatına görə, Liqa2-də çıxış edən "Oser" rəsmi saytı vasitəsi ilə akadamiyanın gənc oyunçusununda virus aşkarlandığını bildirib. Klub futbolçunun adını açıqlamayıb və onun vəziyyətinin normal olduğunu vurğulayıb.
Daha öncə Liqa2-də "Trua"nın cənubi koreyaları futbolçusu Sok Hyon Cunda koronavirus aşkarlanıb.
Qeyd edək ki, Fransa Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən ölkədəki bütün futbol matçlarını təxirə salıb.