COVID-19 səbəbindən “Formula-1”in Bəhreyn və Vyetnam mərhələləri təxirə salınıb.
“Haber Global”ın məlumatına görə, bu barədə təşkilatçılar məlumat yayıblar.
Bildirilib ki, Bəhreyndə (20-22 mart) və Vyetnamda (3-5 aprel) nəzərdə tutulan yarışlar qeyri-müəyyən müddətə qədər ertələnib.
Qeyd edək ki, həftə sonu Avstraliyada keçirilməsi planlaşdırılan yarış da ləğv olunub, Çin qran-prisi isə may ayına kimi təxirə salınıb.
Xatırladaq ki, iyunun 5-7 tarixlərində Azərbaycan Qran-prisi təşkil olunmalıdır./oxu.az