“Roma” klubu İspaniyaya buraxılmır

17:54 - 11 Mart 2020 - İDMAN

Avropa Liqasının 1/8 final mərhələsində “Sevilya”nın rəqibi olan “Roma” səfər oyununa yollanmayacaq.

Paytaxt təmsilçisi mərhələnin qarşılaşması üçün İspaniyaya getməyəcəyini açıqlayıb. Klubun mətbuat xidməti tvitter səhifəsi vasitəsilə bildirib ki, səlahiyyətli qurumlar “canavarlar”ın təyyarəsinin İspaniyaya enməsinə icazə vermirlər. Buna səbəb kimi İtaliyada koronavirus xəstəliyinin kəskin şəkildə yayılması göstərilib.

Qeyd edək ki, “Sevilya” – “Roma” matçı sabah “Ramon Sançes Pisxuan” stadionunda oynanılmalıdır. UEFA görüşün azarkeşsiz keçirilməsinə qərar verib./Apasport

Xəbər xətti