Teymur Rəcəbov iddiaçılar turnirindən imtina edib.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının saytı məlumat yayıb.
Bildirilib ki, Rəcəbov şəxsi səbəblərdən yarışa qatılmaqdan imtina edib.
Rəcəbovun yerinə turnirə gedəcək şahmatçı da bəlli olub. Onu fransız qrossmeyster Maksime Vaşye-Laqrav əvəzləyəcək.
Qeyd edək ki, iddaçılar turniri şahmat ən güclü yarışı sayılır./qafqazinfo