Zidan “El-Klasiko" qələbəsini şərh edib
07:51 - 2 Mart 2020 - İDMAN
Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan komandasının İspaniya La Liqasının XVI turunun mərkəzi görüşündə "Barselona" üzərində 2:0 hesabı ilə başa çatmış görüşünü şərh edib.
“Report”un məlumatına görə, baş məşqçi birinci hissənin "Real" üçün çətin keçdiyini bildirib.
“El-Klasikoda qələbədən sonra həmişə çox gözəl hisslər olur. Birinci hissə "Real" üçün ağır idi, belə matç üçün tam təbii”, - deyə o qeyd edib.
Zidan əlavə edib ki, komanda ikinci hissədə çox yaxşı təsir bağışlayıb. "Real" rəqibə pressinq tətbiq edib: “Bu cür komandalarla məhz belə oynamaq lazımdır – pressinq etmək çox yaxşıdır. Əgər "Barsa"ya oynamağa imkan versən, topun arxasınca qaçacaqsan və bu həqiqətən pisdir".
O, matçın əsas qəhrəmanlarından da danışıb: “Vinisius əhəmiyyətli rəqibin qapısına bu zəruri qolu vurmağa layiq idi. Mən Marianoya görə şadam, onunçün çətin idi, çünki az oynayıb”.
Zidan qeyd edib ki, “Real Madrid” Marianonun uğuruna çox sevinir.
"Real" bu qələbədən sonra 56 xal toplayaraq yarış cədvəlində birinci yerə yüksəlib. "Barselona" (55 xal) 2-ci yerdə qərarlaşıb.