İngiltərənin "Lids" futbol komandasının qapıçısı Kiko Kasilya cəzalandırılıb.
Buna ispaniyalı qolkiperin ötən ilin sentyabrında Çempionşipin IX turunun "Çarlton"la matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi səbəb olub.
İngiltərə Futbol Assosiasiyası 5 aydır davam edən araşdırmanın nəticəsinə əsasən, 33 yaşlı qolkiperi 8 oyunluq diskvalifikasiya edib. Həmçinin, qapıçı 60 min funt-sterlinq məbləğində cərimələnib. Təcrübəli oyunçu apreldən tez meydana qayıda bilməyəcək.
Qeyd edək ki, Kiko Kasilya "Lids"ə ötən yay İspaniya "Real Madrid"indən keçib./report