UEFA Gənclər Liqasının 1/8 final mərhələsində martın 4-də keçirilməli olan "İnter" (İtaliya) - "Renn" (Fransa) və "Atalanta" (İtaliya) - "Lion" (Fransa) görüşləri təxirə salınıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar İtaliyada yayılan koronavirus epidemiyasına görə qəbul olunub. "İnter"in oyunu martın 10-da baş tutacaq. "Atalanta"nın Fransa təmsilçisi ilə qarşılaşmasının dəqiq vaxtı barədə isə gələn həftə açıqlama veriləcək.
Qeyd edək ki, İtaiyada 650 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 17 nəfəri dünyasını dəyişib.