FİFA transfer qaydalarını DƏYİŞDİRDİ

22:39 - 27 Fevral 2020 - İDMAN

İsveçrənin Sürix şəhərində FİFA-nıniclası keçirilib.

Publika.az qurumun saytına istinadən xəbər verir ki, iclasda transfer qaydalarında yenilik edilməsi ilə bağlı qərarlar qəbul edilib. İcarəyə götürülən futbolçuların sayı barədə məhdudiyyətlər tətbiq edilib. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək.
2020/21 mövsümündən başlayaraq bir kluba digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.

Xəbər xətti