Fransada koronavirusa yoluxanların sayı artır

15:45 - 26 Fevral 2020 - DÜNYA

Fransada son gündə üç yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Fransa Səhiyyə Baş Müdirliyinin rəhbəri Jerom Salomon məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən biri Amyen xəstəxanasında ağır vəziyyətdədir, İtaliyadan gələn kişi Strasburqdakı tibb müəssisəsindədir. Virusa yoluxan üçüncü şəxs - 60 yaşlı fransız isə dünən gecə Paris xəstəxanasına olduqca ağır vəziyyətdə gətirilib və ölüb.

Bununla da Fransada aşkar edilmiş və təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 17-yə çatıb./report

 

Xəbər xətti