Bakının Nəsimi rayonunda naməlum kişi meyiti aşkarlanıb.
Hadisə paytaxtın H.Seydzadə küçəsi 4 saylı ünvanın qarşısında qeydə alınıb. Küçədə 25-30 yaşlı, üzərində heç bir zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.
Meyit daxili və xarici müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PAB-nin Nəsimi rayon şöbəsinə təqdim edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır./trend