Rayan Giqqzə "Qarabağ"ın forması hədiyyə olunub- Foto

15:31 - 24 Fevral 2020 - İDMAN

Avro-2020 qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır. 

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, Uels millisinin baş məşqçisi Rayan Giqqz bu gün "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunda olub. Daha sonra isə klubun bazası və "Azərsun Arena"da olub. Klubun baş meneceri Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə adı yazılmış "Qarabağ"ın forması hədiyyə olunub.

Qiqqz sonda komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.


Xəbər xətti