Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirində medal qazanıb
00:02 - 23 Fevral 2020 - İDMAN
Fevralın 22-də Azərbaycan cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.
Trend-in məlumatına görə, kişilər arasında keçirilən yarışda Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda mübarizədə rəqibi sloveniyalı idmançı Martin Hojakı məğlub edərək bürünc medala layiq görülüb.
Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.