Bakıda 28 yaşlı qızı avtomobil vurub

00:33 - 20 Fevral 2020 - HADİSƏ

Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb. 1992-ci il təvəllüdlü Aytən Salmanlı yolu keçərkən onu “Opel” markalı avtomobil vurub. Sürücü yaralını 1 saylı şəhər xəstəxanasına yerləşdirib.

Xəbər xətti