Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.
Bu barədə klubun prezidenti Jorje Nunu Pinto məlumat verib. Klub rəhbəri Kasilyasın bu barədə açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, təcrübəli futbolçu ötən gün İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədləyini rəsmən açıqlayıb. Bu post uğrunda seçkilər cari ilin payızında keçiriləcək./qafqazinfo