İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Eriksenin İtaliya "İnter"inə keçidi rəsmiləşib.
"Report" İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Lakin müqavilənin maliyyə detalları haqda məlumat verilməyib. İtaliya mətbuatı isə Milan təmsilçisinin bu transfer üçün ingilis klubuna 20 milyon avro ödəyəcəyini yazıb.
Eriksen helikopter qəzası nəticəsində dünyasını dəyişmiş basketbolçu Kobi Brayanta ehtiram əlaməti olaraq, onun forma nömrəsi - 24-ü seçib.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də çıxış edən Danimarka millisinin üzvü keçirdiyi 226 oyunda 51 qol vurub.