“Barselona” klubu Braziliyanın “Koritiba” klubunda çıxış edən 17 yaşlı futbolçunu transfer edib.
Sport.es saytı məlumat verir ki, Yan Koutonun keçidi İspaniya nəhənginə beş milyon avroya başa gəlib. FİFA-nın yeniyetmə futbolçuların transferi zamanı qoyduğu şərtlərlə əlaqədar sağ cinah müdafiəçisi 18 yaşı tamam olandan sonra “Barselona”ya qoşulacaq.
Müdafiəçini vətənində “yeni Dani Alveş” adlandırırlar. /oxu.az