Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi" növbəti yoxlama matçına çıxıb.
"Qafqazinfo" xəbər verir ki, bakılıların bu dəfə rəqibi Ukrayna "Desna"sı olub.
Görüş flaqmanın məğlubiyyəti ilə yekunlaşıb - 1:2. "Ağ-qaralar"ın yeganə qolunu 66-cı dəqiqədə Stiven Jozef-Monroz vurub.
Beləliklə, "Neftçi" Antalya toplanışındakı hər 3 görüşünü məğlubiyyətlə bitirib. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.