Ovusu: "Belə klubda oynamaq mənim üçün arzu idi"
"Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi”. Ucnoqta.az xəbər verir ki, bunu Ovusu Kvabena “Qarabağ”a keçidi barədə deyib:
""Qarabağ"a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq arzum idi. Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələnin ən yaxşısını edəcəm. "Qarabağ"dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, iki il öncə Çempionlar Liqasında çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi və təklif gələndə çox sevindim. Gənc futbolçuyam və bu təklif mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqqda heç nə deməyəcəm, məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşir ki, mən necə futbolçuyam. Ümid edirəm, öz oyunumla özümü onlara sevdirəcəm".
Qeyd edək ki, "Qarabağ" Kvabena ilə 3.5 illik müqavilə imzalayıb.