KXDR daha bir raket buraxılışını həyata keçirib

09:27 - 24 Avqust 2019 - DÜNYA

KXDR daha bir raket buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya hakimiyyəti bildirib. Məlumata əsasən, raketlər Yaponiyanın ərazi sularına, həmçinin ölkənin müstəsna iqtisadi zonasına çatmayıb.

Qeyd edilir ki, Yaponiya hakimiyyəti hazırda KXDR-in növbəti raket buraxılışı ilə bağlı məlumat toplayır və təhlil edir.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR-in atdığı raketlər ballistik olub. Bu atış Yaponiyanın təhlükəsizliyinə heç bir təhlükə yaratmadı.

Xəbər xətti