“Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib. O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır:
“Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir”./Apa