Donald Tusk: Avropa İttifaqı və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır

17:46 - 9 İyul 2019 - Xəbər

Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk özünün "Twitter" hesabında yazıb.

D.Tusk qeyd edib ki, ildən-ilə Aİ və Azərbaycan bir-birinə daha da yaxınlaşırlar: "Bu gün mən Aİ-nin əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım"./trend


Xəbər xətti