Arakəsmələrə çırpılan avtomobil çaya düşdü: 2 yaralı - VİDEO

09:34 - 23 Aprel 2019 -

Türkiyənin Manisa əyalətində idarəetmədən çıxan avtomobil çaya düşüb.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Turqutlu rayonunda qeydə alınıb.

Eski Manisa yolundan Karvan yolu istiqamətində hərəkətdə olan sürücü maşınının anidən sükan idarəetməsini itirərək əvvəlcə dəmir arakəsmələrə çırpıb sonrada Irlamaz çayına düşüb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları cəlb edilib.

Yaralılar Turqutlu Dövlət Xəstəxanasına yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Xəbər xətti