Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Arakəsmələrə çırpılan avtomobil çaya düşdü: </font>2 yaralı<font color=red> - VİDEO</font></b>

09:34 - 23 Aprel 2019 tarixində dərc olunub.

Türkiyənin Manisa əyalətində idarəetmədən çıxan avtomobil çaya düşüb.

Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Turqutlu rayonunda qeydə alınıb.

Eski Manisa yolundan Karvan yolu istiqamətində hərəkətdə olan sürücü maşınının anidən sükan idarəetməsini itirərək əvvəlcə dəmir arakəsmələrə çırpıb sonrada Irlamaz çayına düşüb.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə yerinə səhiyyə, polis və xilasetmə briqadaları cəlb edilib.

Yaralılar Turqutlu Dövlət Xəstəxanasına yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

Müəllif: