Ukraynanın Çerkassı şəhərində məktəblərin birində 70-dən çox şagird zəhərlənib.
Şagirdlərdən 38-i xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, uşaqlar naməlum maddədən zəhərlənib. Xəstəxanaya yerləşdirilənlərin həyatına təhlükə olmadığı deyilir.
Hazırda zəhərlənmənin mənbəyi ilə bağlı araşdırma aparılır.