Prokuror qohumunu bıçaqlayan şəxsə cəza istəyib

12:21 - 11 Aprel 2019 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. Ə.Əliyev həm qohumu, həm də qonşusu olan Cavid Cavadovu bıçaqlayıb. Ə.Əliyevin barəsində polisin nəzarətinə verilmə qərətimkan tədbiri seçilib.  ("Report")

Xəbər xətti