Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçirir.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, təlimlər Ağdamın Uzundərə adlanan ərazisində keçirilir. Təlim zamanı iriçaplı silahlardan atılan atəş səsləri cəbhə xəttinə yaxın yerləşən Mirəşelli, Bənövşələr, Eyvazlı, Quzanlı kəndlərindən eşidilir.