Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Ağsuda zəlzələ nəticəsində zərərçəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub.
Sakinlərdən biri prezidentdən nəvəsinin gözlərinin müalicə olunması üçün kömək istəyib: “29 yaşı var. Atası, anası rəhmətə gedib. Onu mən saxlamışam. İndi gözlərinin biri tutulub. O biri də 3 faiz qalıb. Deyirlər ki, ona donor göz lazımdır. Mən də qalmışam belə. Gücüm çatmır”.
Ölkə başçısı isə sakinə cavabında məsələnin həll ediləcəyini bildirib: “Mən bu məsələni tapşıraram. Əlaqə vasitələri götürün. Siz bu barədə narahat olmayın. Lazım olsa, biz onu xaricə də göndərərik. Minlərlə belə müraciətlər olur”./qafqazinfo