Rusiyanın Krasnoyarsk şəhərində üçmərtəbəli yaşayış binasında qaz sızmasından partlayış baş verib.
Ucnoqta.az RİA “Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində evin ikinci və üçüncü mərtəbələrinin divarı dağılıb. İlkin məlumata görə, dağıntılar altından bir nəfər yaşlı qadının meyiti tapılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 18 nəfər xilas edilib ki, onlardan iki nəfəri azyaşlıdır.