Penitensiar xidmət polis əməkdaşları ilə birgə uğurlu əməliyyatlar keçirib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Penitensiar xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu Bakı İstintaq təcridxanasının qarşısında saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd bıçaq aşkar edilib.
E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.