İstanbulda helikopter qəzaya uğrayıb.
“Hurriyet”in məlumatına görə, qəzaya uğrayan helikopter Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsusdur. Bildirilir ki, helikopterin düşdüyü əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb olunub.
Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
***
İstanbul valisi Ali Yerlikaya bildirib ki, helikopter məcburi eniş edərkən qəzaya uğrayıb. Dörd yaralı hərbçi xəstəxanaya yerləşdirilib. Helikopter qəzasında yaralanan hərbçilərin öldükləri açıqlanıb. qafqazinfo