Bakıda 36 yaşlı qadın itkin düşdü

17:45 - 10 Fevral 2019 - Xəbər

Bakıda qadın itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.trend

Xəbər xətti