Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

10:54 - 8 Fevral 2019 - Xəbər

 Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan idarə etdiyi "Oka" markalı avtomobili ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib. Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlamasında minik maşınının salonunda - ön oturacağın içərisində 5 000 ədəd "King" markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti