Bərdədə küçəyə atılan uşaqlar körpələr evinə verilib

22:25 - 7 Fevral 2019 - Xəbər

 Bərdə rayonunda bir neçə gün əvvəl küçəyə atılan iki azyaşlı körpələr evinə verilib.

Ucnoqta/az "Report"a istinad'n xəbər verir ki, bu barədə Bərdə rayon Uşaq Xəstəxanasının baş həkimi Rafael Mustafayev bildirib. O, qeyd edib ki, azyaşlılar Gəncə şəhərində yerləşən körpələr evinə yerləşdirilib.

Baş həkimin sözlərinə görə, uşaqlar bir neçə gün xəstəxanada saxlanılıb. Sonra sənədlər rəsmi qaydada təqdim edilib və azyaşlılar körpələr evinə göndərilib.

Xəbər xətti