“Həzi Aslanov” stansiyasında eskalator təmirə dayandırılıb

16:15 - 7 Fevral 2019 - Xəbər

Sərnişinlər digər eskalatordan istifadə edə bilərlər

"Bakı Metropoliteni" QSC-dən Ucnoqta.az-a verilən məlumata görə, "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb. Qeyd edək ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Xəbər xətti