Zəlzələdən sonra yollarda çatlar əmələ gəlib- Foto

11:00 - 7 Fevral 2019 - Xəbər

Fevralın 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Ucnoqta.az-a bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur:

“Hazırda AAYDA-nın əməkdaşları yollara baxış keçirir, yollara dəymiş ziyan aktlaşdırılır”,-deyə o vurğulayıb. 


Xəbər xətti