Sabaha manatın məzənnəsi açıqlanıb
17:41 - 6 Fevral 2019 - Xəbər
Fevralın 7-ə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 07.02.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il fevralın 6-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.