Azərbaycanlı gənc Türkiyədə birinci oldu - münsiflər "bir daha oxumasın" dedilər - Video

14:15 - 24 Yanvar 2019 - MAQAZİN

Azərbaycanlı tələbə Fərhad Rəhimli Türkiyədə "TRT Müzik" kanalında yayımlanan musiqi yarışmasının qalibi olub.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, yüzlərlə iştirakçı arasından seçilən həmyerlimizin ifası hər kəsi duyğulandırıb. Münsiflər heyətinin üzvü Koray Avcı ilə verilişin aparıcısı Duyqu Atakan göz yaşlarını saxlaya bilməyib.
Göz yaşlarına hakim ola bilməyən Koray Avcı "Nə olar bir daha oxumasın, çünki bir də ağlamaq istəmirəm" deyərək Fərhad Rəhimlinin səsinə valeh olduğunu etiraf edib.
Müsabiqənin şərtlərinə əsasən, qalib gələn iştirakçı jüri müğənni ilə duet oxumaq şansı qazanır. Fərhad da bu şansı qazanaraq bəstəkar, musiqiçi və musiqi şərhçisi Koray Avcı ilə duet oxuyub.

Xəzər TV-yə müsahibə verən Fərhad Rəhimli bildirib ki, Azərbaycanın klassik bəstəkar mahnılarını dünyada tanıtmaq və təmsil etmək ən böyük arzusudur.

Xəbər xətti