Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu argentinalı futbolçu Lionel Messinin antirekordunu təkrarlayıb.
Oxu.Az “Orta” nəşrinə istinadən xəbər verir ki, o, İtaliya çempionatının 20-ci turu çərçivəsində “Kyevo”ya qarşı matçda təyin olunmuş penaltini yerinə yetirə bilməyib.
Bununla da portuqaliyalı uğursuz penaltilərinin sayına görə Messiyə çatıb. Hər iki futbolçunun hesabında 25 uğursuz penalti var.
Xatırladaq ki, Ronaldu karyerası ərzində 11 metrlik cərimə zərbələrindən 108, Messi isə 139 qol vurub.