Diqqət! Bu yolda hərəkət 1 günlük məhdudlaşdırılır

11:56 - 21 Yanvar 2019 - Xəbər

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından etibarən sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyə olunur.

Xəbər xətti